Prezidentin "Qarabağ" klubu ilə görüşü və 1 milyon manat ayırması təqdirəlayiq haldır. 1 milyon müasir futbolda böyük rəqəm olmasa da, hər halda oyunçuların motivasiyası üçün olduqca vacibdir.
Vətəninfo.az zəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa öz Facebook səhifəsində yazıb.
"Haqqı çatana haqqı verilməlidir. Dünənki görüşdə prezidentin vurğuladığı bir məqama da diqqət yetirmək istərdim. Dedi ki, komanda məğlubiyyət anında da özünü çox qürurlu, ləyaqətli apardı. Əslində bəlkə də daha çılpaq demək istəmədi ki, komanda özünü tərbiyəli apardı. "Qarabağ"ın özəlliyi də məhz budur. Futbolda peşəkarlığın əsas göstəricisi intizamdır! Adam var ki, milli komandaya bir dəfə çağrılan kimi elə bilir 5-6 dəfə "Qızıl Top" alıb. Messini futbolçu saymır. Bilir ki, hakim qərarını dəyişməyəcək, cumur üstünə ki, bəlkə qırmızı verib çölə aysın. Ektremal vəziyyətdə də insan gərək ədəbli davranmağa özünü alışdırsın. Burada sözsüz ki, məşqçinin xarakterindən asılı məqamlar xüsusi rol oynayır. Mən diqqət edirdim, ən ədalətsiz qərarla qarşılaşanda belə Qurban Qurbanov soyuqqanlılığını itirmədi, çılğınlıq etmədi. İnşallah addım-addım dünyaya özümüzü qəbul etdirəcəyik. "Qarabağ"ın sağ əli Millimizin başına!", - millət vəkili vurğulayıb.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib