NATO-dan Rusiya açıqlaması - Davam edirlər...

NATO-dan Rusiya açıqlaması - Davam edirlər...

NATO Baş katibi Yens Stoltenberq Rusiyanın Ukrayna sərhədinə yaxınlığına hərbçilər cəmləşdirməkdə davam etdiyini açıqlayıb.

Miq.Az xəbər verir ki, NATO baş katibi bunu Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündən sonra elan edib.

"Rusiyanın Ukrayna sərhədləri yaxınlığına hərbçilər gətirməsini dayandırması haqda heç bir işarə görmürük. Əksinə, bu proses davam edir”, - NATO Baş katibi elan edib.

Stoltenberq Rusiyanın sərhədə hərbçilər yığmaqda davam etməsinə haqlı səbəb görmədiklərini deyib və bunun Avropanın təhlükəsizliyini təhdid etdiyini vurğulayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az