Avqustun 26-da NATO-nun Almaniyada keçirilən paraşüt-desant qüvvələrinin "Swift Response" ("Sürətli reaksiya”) təlimləri son 21 ildə keçirilən təlimlərin ən irimiqyaslısı olub.
Bavariyanın Hoenfels poliqonunda keçirilən manevrlərdə Bolqarıstan, Fransa, Almaniya, Polşa, Yunanıstan və digər ölkələrin desant qüvvələri iştirak edib.
Onlar təyin olunmuş ərazilərə çıxış, binalara hücum və hədəfdə olan adamların ələ keçirilməsi bacarıqlarını nümayiş etdiriblər. Avropada yerləşən Amerika ordusunun komandanı, general-leytenant Ben Hoces deyir ki, bu manevrlər xüsusi əhəmiyyət kəsb edir.
"Təlimlər başlamazdan bir saat əvvəl, buradan Rusiya təyyarəsi uçdu. "Açıq səma” razılaşmasına əsasən biz ona mane ola bilmərik. Lakin rusların desant əməlıiyyatı zamanı buradan uçmaları təsadüfi deyil. Əsas odur ki, onlar bizimlə döyüşə girmədən müdafiə imkanlarımızı gördülər. Biz istəyirik ki, onlar bunu görsünlər” - deyə B.Hoces bildirib..

Manevrlərdə alman paraşüt desant diviziyası da iştirak edir.
General-mayor Eberhard Zorn deyib: "Bizim diviziya "Çevik reaksiya” adlanır. Bu, o deməkdir ki, ilk olaraq bizim desantlar reaksiya verir. Əgər haradasa böhran baş verirsə və belə bir siyasi qərar qəbul edilirsə ki ora alman desantı getməlidir, onda bizə, mənzilbaşına bir neçə günə çata biləcək ordu lazımdır”.
Hoenfels poliqonunda keçirilən hava desantı təlimlərində 1000-dən çox paraşütçü, o cümlədən ABŞ ordusunun 82-ci paraşüt desant diviziyası iştirak edib.
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ