Navalnının ölüm səbəbi AÇIQLANDI

Navalnının ölüm səbəbi AÇIQLANDI

Rusiyalı müxalifətçi Aleksey Navalnı qan laxtalanmasına görə ölüb.

Publika.az xəbər verir ki, bu barədə "İzvestiya”nın mənbəsi məlumat verib.

O, gəzintidən sonra özünü pis hiss edib və dərhal huşunu itirib. Hadisə yerinə müəssisənin tibb işçiləri və təcili yardım briqadası gəlib. İlkin tibbi müdaxilə edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu məsələ ilə bağlı məlumatının olmadığını bildirib. Onun sözlərinə görə, həkimlər Navalnının ölüm səbəbini müəyyən etməlidirlər. Peskov qeyd edib ki, hadisə barədə Vladimir Putinə məlumat verilib.

Navalnının ölüm faktı ilə bağlı prosessual təhqiqat təşkil edilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az