Naxçıvan Ali Məclisinin sessiyası çağırıldı

Naxçıvan Ali Məclisinin sessiyası çağırıldı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası çağırılıb.

"Miq.Az"ın məlumatına görə, bu barədə müvafiq qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 17-də imzalayıb.

Sərəncamla beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası 2019-cu il dekabrın 21-də saat 11:00-da Naxçıvan şəhərində çağırılıb.

Sessiyanın müzakirəsinə 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsinin təsdiq edilməsi, İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı və Naxçıvan Muxtar Respublikasının qanunlarında dəyişikliklər edilməsi məsələləri daxildir. 

Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri də dəvət olunublar.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az