“Naxçıvana bilet bahadır, həm də tapılmır" - Fazil Mustafa

“Naxçıvana bilet bahadır, həm də tapılmır

"Naxçıvana təyyarə qiymətəri 60 manata qaldırılıb. AZAL-a dövlət dotasiya verir, bəli, sıxıntılar da var. Amma nə qədər ki, dəmiryolu, quru yol açılmayıb, qiymətlərə baxılmalıdır”.

Miq.Az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar iclasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, Naxçıvana İran üzərindən avtomobil yolu mövcuddur: "Əvvəl bu yolla Naxçıvana getmək 30 manat idi. Sonra İran vergiləri qaldırdı və indi bu yolla Naxçıvana getmək 38 manata başa gəlir. Vaxt itkisini də hesablasaq, bu o qədər də sərfəli deyil”.

Deputat vurğulayıb ki, AZAL-ın Naxçıvana təyyarə biletlərini qaldırması bir yana, indi biletin özü tapılmır: "Naxçıvanda insanlar var ki, Bakıya xəstəxanlara gələ bilmir. Dünən AZAL açıqlamamıza cavab olaraq bildirib ki, onlayn qaydada bilet satışı açılıb. Elə Türkiyəyə də onlayn satış biletini açıblar. Bilet probleminin yaranmasında birinci səbəb Turizm şirkətləridir və onlar biletləri əvvəlcədən alırlar.

Digər tərəfdən, Türkiyəyə də biletlər bahadır, Gürcüstanla müqayisədə 5-6 dəfə bahadır. Bizim Türkiyədə təhsil alan tələbələrimiz müxtəlif şəhərlərdən hava nəqliyyatı vasitəsilə İğdıra gəlir və Naxçıvan üzərindən Bakıya daxil olmağa üstünlük verirlər. Yəni söhbət təkcə Naxçıvan əhalisindən getmir. Bu məsələ bütün əhaliyə təsir edir. Hesab edirəm ki, bu problem üzərində hökumət həssaslıqla düşünməli, problemi çalışıb həll etməlidir”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az