Naxçıvanda vəzifəli şəxs dəhşətli qəza törətdi: 2 qadın öldü

Naxçıvanda vəzifəli şəxs dəhşətli qəza törətdi: 2 qadın öldü

Naxçıvan Muxtar Respublikasında 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Lent.az xəbər verir ki, Naxçıvan şəhərinin Qoçüstü məhəlləsində "Hyundai” markalı 85 CF 754 dövlət qeydiyyat nişanlı avtomobil qadınları vurub.

Nəticədə ağır xəsarətlər alan 63 və 34 yaşlı iki qadın vəfat edib.

Hadisəni törədən avtomobili idarə edən Məhərrəm Bağırov Naxçıvan şəhər Təhsil Şöbəsində baş mühasib işləyir.

Faktla bağlı araşdırmalar aparılır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az