Naxçıvanda yeni təyinatlar olub

Naxçıvanda yeni təyinatlar olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət nəzarəti məsələləri sektoruna yeni müdir təyin edilib.

Miq.Az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamla bu vəzifəyə İkram İslam oğlu Əliyev təyin olunub.

V.Talıbovun digər sərəncamı ilə Faiq Qəzənfər oğlu Şıxəliyev Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az