Nazarbayevdən Kremlə ağır zərbə
Qazaxıstan hökuməti rusiyalı iş adamlarına qarşı embarqo tətbiq etməyə hazırlaşır.
Vətəninfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstanın "KazTAQ” saytı yayıb. Embarqo Qazaxıstan iqtisadiyyatının qorunması üçün tətbiq ediləcək. Qadağalar siyahısına Rusiyadan gətirilən avtomobillər, ət məhsulları, yumurta, un və makaronlar, içkilər, kabellər və digərləri daxil ediləcək.
Qeyd edək ki, bundan öncə rəsmi Astana Qazaxıstan iqtisadiyyatının qorunması üçün hökumətin plan hazırlandığını bildirmişdi.