Nazir Beynəlxalq Bankdakı cinayətlər haqda danışdı...

Nazir  Beynəlxalq Bankdakı cinayətlər haqda danışdı...
Azərbaycan Beynəlxalq Bankının (ABB) fəaliyyətinin sağlamlaşdırılması üzrə işlər davam etdirilir.

Bunu maliyyə naziri Samir Şərifov ANS elekanalına müsahibəsində deyib.

"Bankın əvvəlki rəhbərliyi idarəçilikdə böyük səhvlərə yol verib və arıq bu gün həmin səhvlərə hüquqi qiymət verilir. Bankın rəhbərliyi bir çox hallarda ABB Müşahidə Şurasının göstərişlərinə əməl etmir, maliyyə hesabatlarındakı rəqəmləri təhrif edirdi. Bütün bunlar pul vəsaitlərinin mənimsənilməsinə gətirib çıxardı”, -deyə nazir vurğulayıb.

Nazir həmçinin deyib ki, bankda rəhbərliyə yaxın şəxslərə kreditlərin verilməsi şəklində vəsaitlərin oğurlanması halları da olub.

Nazir daha sonra bildirib ki, onlar hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyi ilə birlikdə bank tərəfindən verilmiş kreditlərin geri qaytarılması istiqamətində işləri davam etdirirlər. Digər tərəfdən, əmanətçilərə zərər vurmamaq üçün problemli kreditlərin bir hissəsinin Aqrarkredit QSC-yə verilməsi barədə də qərar qəbul olunub. Söhbət bu gün fəaliyyəti qeyr-qənaətbəxş olan müxtəlif zavod və fabriklərdən gedir. Məqsəd onları nisbətən ayağa qaldırmaqdır ki, sonra satıb bankın vəsaitinin müəyyən hissəsini qaytarmaq mümkün olsun.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az