Nazir mərkəz rəhbərini işdən çıxardı - Aşağı vəzifəyə göndərdi

Nazir mərkəz rəhbərini işdən çıxardı - Aşağı vəzifəyə göndərdi
Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov daha bir kadr dəyişikliyi edib.

Miq.az-ın mia.az-ya istinadən məlumatına görə, nazir Sumqayıt Şəhər Məşğulluq Mərkəzinin rəhbəri İlham Hüseynovu işdən azad edib. İ.Hüseynov nazirin əmri ilə ƏƏSMN yanında DSMF-nun Sumqayıt şəhər şöbəsinin sədr müavini vəzifəsinə təyin olunub.

Məlumat üçün bildirək ki, son günlər İlham Hüseynovun adı rüşvət qalmaqalında hallanırdı. Onun Sumqayıt Şəhər Məşğulluq Mərkəzində yeyintilərə yol verməsi ilə bağlı bir sıra media qurumlarında məlumatlar da yayılmışdı. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az