Nazir MM-dəki ittihamlara cavab verdi: Poza bilmərik!

Nazir MM-dəki ittihamlara cavab verdi: Poza bilmərik!
Son 5 ildə köklü sosial islahatlar paketi icra edilib. Bu, dövlət tərəfindən həyata keçirilən sosial yönümlü tədbirlərdir.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O qeyd edib ki, şəhid ailələri və müharibə əlilləri üçün sosial ödənişlər artıb:

"122 min müharibə iştirakçısına sosial ödənişlər edilib. Özünüməşğulluq və sosial layihələr icra edilir”.

Nazir bildirib ki, nazirliyə Milli Məclisdən gələn bütün məktubların hamısı cavablandırılıb:

"Ev növbəsində isə biz heç kəsin növbəsini poza bilmərik. Ünvanlı yardımlarla bağlı da heç bir problem yoxdur. Bu sahədə artım var”.

Sahil Babayev vurğulayıb ki, təkliflərin maliyyə yükü ilə bağlı əsaslı yanaşmalar olmalıdır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az