Nazir müavinin oğlu NİYƏ HƏBS olunub? – Atası açıqlama verdi

Nazir müavinin oğlu NİYƏ HƏBS olunub? – Atası açıqlama verdi

Təhsil nazirinin keçmiş müavini İsgəndər İsgəndərov oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərovun həbsindən danışıb.

O, Unikal.org-a açıqlamasında bildirib ki, övladının həbsindən çox narahatdır və bunun şər-böhtan olduğunu istisna etmir: "3 gündür övladım həbs edilib. Hələlik görüşünə də icazə verilmir. Onunla bağlı heç bir məlumatım yoxdur. Yəqin ki, şər-böhtandır. Əlində, üstündə nəsə tutulmayıb ki, deyəsən hansısa cinayət törədib?! İnanıram ki, haqq-ədalət qalib gələcək. Allah Prezidentimiz İlham Əliyevi qorusun. Onun rəhbərliyi altında əyri-üyrü heç nə ola bilməz”.

Xatırladaq ki, Kənan İsgəndərov həm də məşhur iş adamı Zaman İsgəndərovun qardaşı oğludur.O, bir neçə gün əvvəl  hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Kənan İsgəndərov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi vəzifəsini daşıyıb.   K.İsgəndərov Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunur.

Həbs olunan şəxs həmçinin, Təhsil nazirinin keçmiş müavini İsgəndər İsgəndərovun oğludur.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az