Nazir Mustafa Abbasbəylinin yerinə onu təyin etdi

Nazir Mustafa Abbasbəylinin yerinə onu təyin etdi
Sadiq Cabir oğlu Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinə sədr təyin olunub.

Axar.az xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Qeyd edək ki, S.Əliyev 1984-cü ildə anadan olub. 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə magistr dərəcəsi üzrə təhsil alıb.

2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Ailəlidir, üç övladı var.

Xatırladaq ki, daha əvvəl sözügedən vəzifədə Mustafa Abbasbəyli çalışırdı.O başqa işə keçdiyi üçün DMA-nın İdarə Heyəti sədrliyindən azad olunub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az