NAZİR:“Büdcədə neftin baza qiyməti 40 dollar götürülməlidir”

NAZİR:“Büdcədə neftin baza qiyməti 40 dollar götürülməlidir”

Növbəti ilin dövlət büdcəsində neftin 1 barrelinin baza qiymətini 40 dollardan hesablamaq lazımdır.
Bunu "APA-Economics”ə energetika naziri Natiq Əliyev bildirib.

Nazirin sözlərinə görə, bu rəqəm indiki şəraitdə ən optimal və daha realdır. "Neft hasilatçısı olan bir sıra ölkələr, o cümlədən bizim qonşularımız da gələn ilin dövlət büdcəsində neftin 1 barrelinin baza qiymətini 40 dollardan götürüb. Hesab edirəm ki, indiki şəraitdə bu rəqəm ən optimaldır. Bu, mənim şəxsi fikrimdir”, – deyə nazir qeyd edib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az