Nazirin yeni açdığı yarmarka söküldü

Nazirin yeni açdığı yarmarka söküldü

Vətəninfo.az  Movqe.az-a istinadən xəbər verir ki, Nərimanov rayonunda, Kənd Təsərrüfatı Nazirliyinin yeni açdığı kənd təsərrüfatı məhsullarının satış yarmarkası sökülüb. Məlumata görə, kənd təssərrüfatı naziri  Heydər Əsədovun metronun "Gənclik" stansiyasının Tofiq Bəhramov adına Respublika Stadionu tərəfdən çıxışında təşkil etdiyi yarmaka şəhərin görünüşünə, eləcə də stadiona girişdə maneə yaratdığı üçün sökülüb. Movqe.az-a nazirliyin mətbuat xidmətindən bildiriblər ki, yarmarka sökülsə də, Gənclikdə yanacaq doldurma məntəqəsi tərəfdə yenidən qurulur: "Yarmarka stadiona girişdə problem yaradırdı. Söküldü o biri tərəfdə yenidən qurulıur. Belə üstüörtülü yarmarkalar, Yasamal rayonunda, Həzi Aslanov metrostansiyasının çıxışında da var. Üstüörtülü yarmarkaların  təşkilində məqsəd yağışlı və günəşli günlərdə də kənd təssərrüfatı istehsalçılarına öz məhsullarını münasib qiymətə satmaq üçün şəraitin yaradılmasından ibarətdir".     

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az