Nazirlik sökülən məscidlə bağlı məlumat yaydı
"Hər iki məscid abidələr siyasından çıxarılıb"
Mədəniyyət və Turizm Nazirliyi Hacı Cavad Məscidinin sökülməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Miq.Az xəbər verir ki, nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Vüqar Şixməmmədov aznews.az-a açıqlamasında bildirib ki, Hacı Cavad Məscidi tarixi abidələr siyahısından çıxarılıb:
"Abdulla Şaiq və Mustafa Sübhi küçəsində yerləşən məscidlər ötən ilə kimi qorunan abidələr siyahısında yer alıb. Mütəxəsislər həmin ünvanda olan sonuncu məscidə baxış keçirib, onun dayanıqlığı araşdırılıb. Elə həmin ildə müvafiq qərar əsasında məscid qorunan abidələr siyahısından çıxarılıb”.
Qeyd edək ki, Bakının "Sovetski” adlanan ərazisindəki "Hacı Əbdülrəhimbəy Qulubəyov” məscidi sökülüb, "Hacı Cavad” məscidinin isə sökülməsi nəzərdə tutulur.
Miq.Az