Nazirlikdən Badamdardakı sürüşmə ilə bağlı SON AÇIQLAMA: İnsanların həyatı üçün təhlükə yoxdur

Nazirlikdən Badamdardakı sürüşmə ilə bağlı SON AÇIQLAMA: İnsanların həyatı üçün təhlükə yoxdur
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planaalma ekspedisiyasının mütəxəssisləri növbətçilik rejimində Badamdar - 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələri davam etdirirlər.

Miq.az bildirir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, ən son məlumata görə, sürüşmənin dinamikasında aktivlik davam edir. Sürüşmə kütləsini saxlamaq üçün 2013 cü ildə inşa edilmiş istinad divarı yamac boyu 4-5 metr aşağıya irəliləmiş, həmin istinad divarında hipsometrik olaraq, sürüşmə kütləsi hərəkət edərək avtomobil yoluna tökülüb:
"Proses aktiv fazadadır. Sürüşmə ərazisi aidiyyəti qurumların nümayəndələri tərəfindən nəzarətindədir və insanların həyatı üçün təhlükə yoxdur".
Xatırladaq ki, ötən gün günorta saatlarında Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə aktivləşib. Hadisə nəticəsində həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin sahibinə evləri müvəqqəti boşaltmaq tapşırılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az