Nəcib təşəbbüs
Bu günlərdə Türkiyə Əməkdaşlıq və Kordinasiya Agentliyinin (TİKA) Bakı
Ofisi tərəfindən Ahıska türklərinın kompakt məskunlaşdığı Şəmkir
rayonunun Sarıtəpə kəndində ağır maddi durumda yaşayan 87 yaşlı Raziyyə
nənənın ailəsi üçün yaşayış evinin inşası başa çatıb.
Qeyd
edək ki, 1989-ci ildə Orta Asiyadakı Fərqanə hadisələrindən sonra
Ahıska turklərinin böyük bir qrupu Azərbaycana pənah gətirərək,
ölkəmizin müxtəlif rayonlarında məskunlaşdılar. Həmin vaxtdan
Azərbaycanda daimi sığınacaq tapan ahıskalı qaçqınlar bütün çətin
zamanlarda azərbaycanlıların dəstəyini hiss ediblər, soydaşlarımız isə
son tikələrini belə, onlarla paylaşıblar.
Vətəninfo.az Modern.az-a istinadla xəbər verir ki, 87 yaşlı ahıskalı qadının mənzil şəraitinin
yaxşılaşdırılmasına hesablanmış bu layihə Milli Məclisin deputatı
Məlahət İbrahimqızının təşəbbüsü ilə gerçəkləşdirilib. Layihədə nəzərdə
tutulduğu kimi, 3 yaşayış otağından və yardımçı otaqlardan ibarət olan
evdə hər cür şərait yaradılıb və mənzil müasir məişət avadanlıqları ilə
təmin olunub.
Avqustun 2-də Raziyyə nənənın ailəsinin yeni
evinə baxış keçirilib. Evin açılış mərasimində Şəmkirin icra başçısının
müavini Fəxrəddin Vəliyev, millət vəkili Məlahət İbrahimqızı, TİKA-nın
Bakı Ofisinin əməkdaşı Gürlec İsmayıl, Türkiyə Əməkdaşlıq və
Kordinasiya Agentliyinin sədri Sərdar Çam, Ankara milət vəkili Selva
Çam, Sarıtəpə kənd bələdiyyə nümayəndələri, kənddə məskunlaşmış
qaçqınlar iştirak ediblər.
Layihəni Abdulla Eyvazovun
rəhbərlik etdiyi "Terlit” şirkəti icra edib. Raziyə nənənin evinin
açılışına toplaşan əksəriyyəti qaçqın və məcburi köçkün olan Sarıtəpə
sakinləri qarşısında qonaqlar Azərbaycan-Türkiyə dostluq və
qardaşlığından ürək dolusu danışıblar.
Çıxış edən qonaqlar
Türkiyə və Azərbaycan qardaşlığının və dostuluğunun ildən-ilə daha da
güclənməsində hər iki dövlətin liderlərinin misilsiz xidmətlərini önə
çəkib, bu birliyin bütün türk dünyasına dayaq olması haqqında geniş
məlumat veriblər. Toplantıda Azərbaycan hökumətinin, şəxsən Prezident
İlham Əliyevin ölkəmizdə məskunlaşmış qaçqın və məcburi köçkünlərə olan
diqqətindən və həyata keçirilən uğurlu layihələrdən də danışılıb.
Çıxış edən Ahıska türklərinin təmsilçiləri ən ağır günlərində onlara
qucaq açmış Azərbaycan xalqına, Azərbaycan hökümətinə və Prezident
İlham Əliyevə göstərilən daimi diqqət-qayğıya görə minnətdarlıqlarını
bildiribləar.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()