Nəcməddin Sadıkov Sankt-Peterburqa getdi

Nəcməddin Sadıkov Sankt-Peterburqa getdi

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun dəvəti ilə Sankt-Peterburq şəhərinə yola düşüb.
 
Müdafiə Nazirliyindən Miq.az-a verilən məlumata görə, general-polkovnik N.Sadıkov sentyabrın 29-da MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək.
 
İclasda nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparacaqlar.
 
Səfər sentyabrın 30-dək davam edəcək.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az