Neft 50 dolları ötdü
Vətəninfo.az-ın ANS PRESS-ə istinadla məlumatına görə, bu gün Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında
"Brent" markalı neftin bir barrelinin qiyməti təxminən 8 faiz bahalaşaraq 52 dollar 72 sent təşkil edib.

London birjasında "Brent" neftinin qiyməti
"Brent"dən fərqli olaraq Texas neftinin qiymətində dəyişiklik nisbətən azdır. Belə ki,
Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı
neftin bir barrelinin qiyməti ötən günlə müqayisədə 3,66 dollar
bahalaşaraq 47,69 dollara çatıb.

London birjasında "Light" neftinin qiyməti
Beynəlxalq Energetika Agentliyi gündəlik istehlakın daha 1,4 milyon barrel artacağı bir dövrdə
OPEK və onun de-fakto lideri
Səudiyyə Ərəbistanının öz bazarını genişləndirmək imkanı qazanacağını bildirir. Neftin
qiymətinin kəskin düşməsi nəticəsində rəqiblərin zərərə düşməsi də
onların bazarı genişləndirməsinə kömək edəcək. OPEK-in proqnozlarına
görə, 2015-ci ildə günlük neft istehlakı 92,6 milyon barrel təşkil
edəcək.
Ekspertlər həmçinin xam neft bazarının zəiflədiyini deyil, əksinə hətta
gücləndiyini vurğulayırlar: "2009-cu ildən etibarən ilk dəfə neftin
qiymətinin 45 dollardan aşağı düşməsinə baxmayaraq, son həftələr ərzində
xam neft bazarı sabitləşib. Çünki dünyanın ikinci ən böyük neft
istehlakçısı olan
Çin öz ehtiyatlarını doldurmaq üçün bu il daha artıq neft alacaq."