Neftçalada DYP rəisi işdən uzaqlaşdırıldı — Rəisə töhmət verildi

Neftçalada DYP rəisi işdən uzaqlaşdırıldı — Rəisə töhmət verildi

Bir neçə gün əvvəl Neftçala RPŞ-nin DYP bölməsinin rəisi, polis mayoru Azad Məmmədyarov vəzifədən azad olunub.

Miq.Az xəbər verir ki, Azad Məmmədyarov işində yol verdiyi nöqsanlara görə, daxili işlər orqanlarından uzaqlaşdırılıb.

Məlumata görə, Azad Məmmədyarov koronavirus pandemiyasının qarşısının alınması üçün qurulan postlardan şəxsi marağı üçün istifadə edib adam buraxdırırmış.

Daha bir məlumata görə, Neftçala RPŞ-nin rəisi Vüsal Şəbəndiyevə tabeçiliyində olan DYP rəsinin fəaliyyətini nəzarətdə saxlaya bilmədiyi üçün şiddətli töhmət elan olunub. Bildirilir ki, rayon polis şöbəsində araşdırma aparılır.(bizimxeber.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az