Neftçaladan üsyan xəbərləri

Neftçaladan üsyan xəbərləri

Dünən gecə saatlarında Neftçala şəhərində, H.Əliyev prospekti 13 nömrəli evin qarşısında dayanmış «Prado» markalı maşını Neftçala sakinləri yandırıblar. Həmin maşın adı bir çox korrupsiya əməllərində hallanan Neftçala Rayon İcra Hakimiyyətinin Baş Memarı Rüstəm Tahirovun olduğu bildirilir.

Neftçaladan PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, dünən gecə saatlarında bilinməyən şəxslər Neftçala Rayon İcra Hakimiyyətinin Baş Memarı Rüstəm Tahirovun maşının yandırıblar. Hazırda polis maşını yandıran şəxsləri tapmaq üçün Neftçalada geniş əməliyyt tədbirləri həyata keçirir.

Məlumata görə maşının yanması Neftçalanın baytar “baş memar”ına elə də ciddi təsir etməyib. İcra başçısı İsmayıl Vəliyevin sağ qolu harasa zəng edib və eyni maşın onun qapısının ağzına gəlib və Neftçalılara il yarımdır ki, qan udduran baş memar işə yolanıb. 

Qeyd edək ki, bu günə qədər Rüstəm Tahirovun adı bir çox korrupsiya əməllərində hallanıb. Hətta onun vətəndaşdan külli miqdarda rüşvət alması ilə bağlı səs yazısı mətbuatda dəflərlə yayımlanıb. Buna baxmayaraq FHN şefi Kəmaləddin Heydərovun sinif yoldaşı olan baytar “baş memar”a qarşı heç bir hüquqi ölçü götürülməyib.

Rüstəm Tahirov Neftçalaya gəldiyi ilk gündən bəri bütün rayon əhalisinə zülm etdiyi bildirilir. Belə ki, ixtisasca baytar olan “baş memar” bütün daşınmaz əmlak sahiblərindən zorla rüşvət tələb edir, əks təqdirdə vətəndaşların evlərinin və dükanlarını sökməklə hədələyirdi. Bu səbədən Neftçalada onlarla insanın dükanı baş memarın ekkovatorları vasitəsi ilə sökülmüşdü.

Neftçaladan daxil olan yeni məlumatdarı diqqətinizə çatdırmaqda davam edəcəyik …



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az