Cəlilabad rayonunda 65 yaşlı Tamara Xəlilovanı aldadaraq adına kredit götürmüş Mahir Kərimov yoxa çıxıb.
T. Xəlilovanı aldadan oğlunun bacanağıdır. Bir neçə ay əvvəl M. Kərimov onların evinə gələrək yaşlı qadından kredit götürməkdə ona zamin durmağı xahiş edib. Bundan ötrü isə Mahir yaşlı qadının 130 manat məbləğində pensiya aldığını əsas gətirib. Hadisədən 2 ay keçdikdən sonra bankdan Tamara Xəlilovanın adına xəbərdarlıq məktubu gəlib. Məktubda qeyd olunub ki, 2100 ABŞ dolları miqdarında götürülən kredit Tamara Xəlilovanın adına sənədləşdirilib. Törətdiyi dələduzluq əməlindən sonra M. Kərimov yaşadığı kəndi tərk edib. Hazırda Cəlilabad polisi onun məsuliyyətə cəlb olunması istiqamətində axtarışlar aparır.
"Qafqazinfo"
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?