Netanyahunun Rusiyaya ani səfərinin səbəbi məlum oldu
İsrail baş naziri Benyamin Netanyahu Rusiyaya anı səfər edib.
Vətəninfo.az Avropa.info-ya istinadla xəbər verir ki, Netanyahunun məqsədi Rusiya və İsrail əsgərlərinin Yaxın Şərqdə toqquşmasının qarşısını almaqdır.
Moskva
cavabında bildirib ki, Dəməşqə hərbi yardım göndərməkdə davam edəcək.
Ehtiyac olarsa, hərbi kontingent də göndəriləcək. İsrail müasir rus
texnikasının Əsədin əlində olmasından narahatdır. Netanyahu qorxur ki,
rus silahı Əsədin müttəfiqi "Hizbullah”ın əlinə düşə bilər. Bundan başqa
İsrail əsgərləri ilə rus hərbçilərin atışması da istisna edilməyib.
Netnayahu Putinə müraciət edərək belə deyib:
"Mən
bizim ölkənin şimal sərhədlərində gündən-günə mürəkkəbləşən
təhlükəsizlik məsələsinə görə burdayam. Bilirsiz ki, İran və Suriya
"Hizbullah”ı silahla təmin edir. Son illər vətəndaşlarımıza qarşı
minlərlə raket atılıb”
Putin cavabında deyib ki, Rusiyanın bütün
hərəkətlərinə görə məsuliyyət daşıyır. Putin keçmiş SSRİ-dən çıxmış
xeyli rus və yəhudinin İsraildə yaşadığını unutmadığını da deyib.