Nevzorov Moskvanın son addımlarını şərh etdi: "Bu, sonun başlanğıcıdır"

Nevzorov Moskvanın son addımlarını şərh etdi:
Rusiyalı müxalif jurnalist Aleksandr Nevzorov Rusiya və Ukrayna arasında baş verən son hadisələri şərh edib. O bildirib ki, Kreml Ukrayna ilə böyük müharibənin mənasız olduğunu anlayıb və qəbul edib:

"Burada hər şey aydındır. Onlar boğulublar. İndi ya təşvişə düşərək qaçmaq lazımdır, ya da iddia etmək lazımdır ki, guya bu onlara heç lazım deyil. İstənilən rəsmi cəfəngiyyata, hətta açıq desək, gülünc bir şeyə inanan müharibəsevər "əksəriyyətin” müstəsna axmaqlığından istifadə etməyə cəhd edilir...

Hər şeyi öz adı ilə adlandırmalıyıq. Rusiya ordusu Kiyevdən QAÇIR...Onun üçün bir milyon yumşaldıcı epitet tapa bilərsiniz, amma hadisənin mahiyyəti bundan dəyişməyəcək. Bu, sonun başlanğıcıdır”, - rusiyalı müxalifətçi bildirib./virtualaz.org/


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az