Niftulla Məmmədlinin xanımı vəfat etdi - Yeni ana olmuşdu

Niftulla Məmmədlinin xanımı vəfat etdi - Yeni ana olmuşdu
"Azərişıq” ASC-nin Mətbuat xidmətinin əməkdaşı Niftulla Məmmədliyə ağır itki üz verib.

"Qafqazinfo” xəbər verir ki, N.Məmmədlinin həyat yoldaşı 24 yaşlı Günel Məmmədli bu gün səhər saatlarında dünyasını dəyişib.

Belə ki, ötən ilin 24 dekabr tarixində qız övladı dünyaya gətirən G.Məmmədlinin səhhəti pisləşdiyi üçün Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Niftulla Məmmədli daha əvvəl AzTV-də jurnalist kimi çalışıb.

***

Mərkəzi Neftçilər Xəstəxanasından bildirilib ki, qeysəriyyə əməliyyatı özəl klinikaların birində icra olunub.

G. Məmmədli bu gün adıçəkilən xəstəxanaya gətirilərək reanimasiyaya yerləşdirilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az