Ermənistan parlamentindəki "Elk” və "Tsarukian” partiyalarının qrupları baş nazir seçkilərinin ikinci turunda hazırkı baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın namizədliyini bir daha irəli sürüb.
"Report” TASS-a istinadən xəbər verir ki, bunu "Elk” Partiyasının parlament qrupunun başçısı Lena Nəzəryan bildirib.
O, Nikol Paşinyanın namizədliyi haqqında ərizəni əvvəllər iqtidarda olmuş Ermənistan Respublikaçılar Partiyasından istefa vermiş bir neçə deputatın da imzaladığını deyib.
Xatırladaq ki, Ermənistanda baş nazir seçkilərində ikinci turun səsverməsi parlamentin noyabrın 1-də baş tutacaq xüsusi iclasında keçiriləcək. Oktyabrın 24-də keçirilən ilk turda deputatlar N.Paşinyanın namizədliyini qəbul etməmişdilər. İkinci turda da baş nazir seçilmədiyi təqdirdə parlament buraxılacaq və ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL