""Freedom House” təşkilatının Azərbaycanla bağlı yaydığı fikirlər ölkəmizə qarşı təxribat, düşmən mövqedir”.
Vətəninfo.az SİA-ya istinadla xəbər verir ki, bu sözləri İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanda insan hüquqlarının olmadığını demək yanlışdır: "Bu məsələni sadəcə bir atalar sözü ilə ifadə etmək olar: Öz gözündə tiri görməyənlər, başqalarının gözündə çöp axtarırlar. Onlar fikirlərini səsləndiriməkdə sərbəsdirlər. Lakin çox təəssüf ki, yanlış fikirlər səsləndiriblər. Hər bir təşkilat əvvəl öz ölkəsindəki insan hüquqlarını müzakirə etməli, sonra başqa dövlətlərdəki insan hüquqlarının ovuna çıxmalıdır. Əlbəttə ki, Azərbaycanda müəyyən problemlər var. Lakin bu onların ifadə etdiyi qədər deyil”.
Elçin Behbudov bildirib ki, 15-20 il bundan öncə biz hüquq müdafiəçilərini qapalı yerlərdə saxlanılan və təqsirləndirilən şəxslərlə görüşüb monitorinq keçirməyə icazə vermirdilər və onların hüquqlarını müdafiə etmək imkanı yox idi: "Lakin indi istənilən vaxt, tam şəffaf şəkildə və qabaqcadan məlumat vermədən monitorinq keçirə bilirik. Hər hansı bir problem aşkar edəndə onları aradan qaldırılması üçün həmin qurumun rəhbərlərinə müraciət edirik. Məncə bunun özü irəliləyişdir. Azərbaycanda insan hüquqlarının olmadığının deyən təşkilatlar öz ölkələrində baş verən prosesləri izləməlidirlər. Burada insanlar küçələrdə döyülür və təhqir edilirlər.
Bu gün Azərbaycan Ermənistanla müharibə şəraitində yaşayır. İrəvanın küçələrində yaşlı insanlar və qadınlar polis tərəfindən zorakılığa məruz qalırlar. Burada qeyri-sabit şərait hökm sürür. Bəs "Freedom House” təşkilatı hara baxır? Ya bunları görmür, ya da özünü görməməzliyə vurur. Hazırda Dilqəm və Şahbaz adlı iki azərbaycanlı əsir həyatı yaşayır. Mən onların taleyi haqda dəfələrlə beynəlxalq qurumlara müraciət etmişəm. Lakin həmin təşkilatlar heç bir cavab belə verməyiblər.
Azərbaycanın özünün kifayət qədər hüquq müdafiəçisi var. Azərbaycan müstəqil dövlətdir, onun müstəqil siyasəti var və ən əsası ölkəmiz düzgün yoldadır”.
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
"Salamat yeri yox idi, pulqabını meyitin üstünə atmışdı" - Gülüzarın qardaşı
Azər Həsrət: “Cəhalət, xurafat tərəfdarı olanlar nə düşünməyə, nə də sorğulamağa imkan verir”
İqbal Ağazadə: “Qaz, işıq limiti ləğv edilməlidir”
Həbsxanada özünə ad günü edən general - DOSYE
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ