Nizami Qocayevin oğlu yüksək vəzifəyə təyin edildi - FOTO

Nizami Qocayevin oğlu yüksək vəzifəyə təyin edildi - FOTO
Bakı şəhər Nizami rayon Prokurorluğunda kadr dəyişikliyi olub.

Publika.az xəbər verir ki, Nizami rayon prokurorunun müavini Ramin Qocayev Baş prokuror Zakir Qaralovun imzaladığı əmrlə vəzifədən azad edilib. O, Baş Prokurorluqda məsul vəzifəyə təyin edilib.
Nizami rayon prokurorunun müavini vəzifəsinə isə Zakir Qaralovun imzaladığı əmrlə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Abil Səfərov təyin edilib.
Qeyd edək ki, Baş Prokurorluqda məsul vəzifəyə təyin edilən Ramin Qocayev, uzun illər polis sistemində yüksək vəzifələrdə çalışmış Nizami Qocayevin oğludur. N.Qocayev hazırda ədliyyə sistemində çalışır və Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Gəncə şəhəri üzrə İcra İdarəsinin rəisini tutur.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az