Nobel prospektində yol yenə ÇÖKDÜ

Nobel prospektində yol yenə ÇÖKDÜ

Nobel prospektində bərpa olunan yol yenidən çöküb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli hadisə ilə bağlı "Qafqazinfo”ya açıqlamasında bildirib ki, ərazidə su sızması olduğu üçün hələ də araşdırma işləri aparılır:

"Əvvəl də qeyd etdiyimiz kimi, ərazidə su sızması halının olduğu bildirlir. Bu halda biz hər hansı bir iş görə bilmirik. Sadəcə səbəb müəyyən olunduqdan sonra biz bərpa işlərinə başlaya bilərik. Əks təqdirdə su axır və çökmə hadisəsi yenidən baş verir”.

"Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı da "Qafqazinfo”ya açıqlamasında bildirib ki, çökmə baş verən ərazidə Azərsu ASC-nin balansında olan hər hansı bir su və kanalizasiya xəttində su sızması halı müşahidə olunmayıb:

"Hazırda iki qrupumuz ərazidə işləyir. Birinci briqada georadar qrupudur. Torpağın altındakı qrunt sularının səviyyəsi və qruntun tərkibini öyrənməklə məşğuldur. 

Ərazidə torpağın 24 metr dərinliyindən bir  xəttimiz keçir və Bakının əsas plan sularını da o daşıyır. İkinci briqada isə sözügedən quyuya daxil olub daxildən inyeksiya edirlər ki, kənardan qrunt suları bizim xətlərimizə daxil olmasın. Çünki qrunt suları özü ilə birlikdə torpağı da yuyur və bu zaman çökmə hallarıın baş verməsi labüddür. Bunlar ehtimallardır. 

Mütəxəssislərimiz yoxlayıb və "Azərsu”nun hər hansı bir xəttində sızma yoxdur. Əksinə, qrunt sularının bizim kollektorlara daxil olması ehtimalı var”. 

Qeyd edək ki, yol dekabrın 24-də də çökmüşdü və foto həmin gün çəkilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az