Novella Cəfəroğlu qadınların pensiya yaşının artırılmasını dəstəkləyir

Novella Cəfəroğlu qadınların pensiya yaşının artırılmasını dəstəkləyir

Xəbər verdiyimiz kimi, bu il qadınların pensiya yaşı artırılır. İyul ayından Azərbaycanda qadınlar üzrə pensiya yaşı artıq 64 olacaq. 2027-ci ildə isə xanımlar kişilərlə eyni, yəni 65 yaşda pensiyaya çıxacaqlar.

Tanınmış simalar qadınların pensiya yaşının artması ilə bağlı söhbətlərə necə yanaşırlar?

Globalinfo.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bu qərarı dəstəklədiyini bildirib.

O, xanımların əksəriyyətinin 65 yaşdan sonra da çalışmaq istədiklərini vurğulayıb:

"Mən pensiya yaşının artırılmasına yaxşı baxıram. Bilirsiniz, bizə nə qədər qadın müraciət edir? Narazılıq edirlər ki, onları vaxtsız pensiyaya göndərirlər. Əsasən də müəllim və həkimlərdir təqaüdə çıxmaq istəməyənlər. Kim istəyər, işə davam edər, istəməyən də çıxar”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az