Vətəninfo.az xəbər verir ki, Bakıda nurçuluq dini təriqətinin üzvlərinə məxsus ev sökülür. ANS PRESS-in məlumatına görə, Yasamal rayonu, Xıdır Mustafayev küçəsində yerləşən evin söküntüsünə başlanılıb. Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, evin sökülmə səbəbi orada tikilən hündürmərtəbəli bina ilə əlaqədardır. Sakinlər bildiriblər ki, nurçuların evlərinin yaxınlığında yaşayış binası tikilir və bu səbəbdən də ətrafda olan evlər tikinti ilə məşğul olan şirkət tərəfindən satın alınıb.
Qeyd edək ki, bir neçə ay öncə də həmin ərazidə yerləşən nurçulara məxsus ev sökülüb. Xatırladaq ki, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-də X.Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilmişdi.
E.Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompyuter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus ümumvətəndaş pasportları aşkar edilərək götürülmüşdü.

Vətəninfo.az
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...