Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli mayın 1-dən ölkə ərazisində türk seriallarının yayımının dayandırılmayacağına dair məsələyə aydınlıq gətirib. O bildirib ki, qadağa yalnız xarici teleseriallara aiddir, “Çalıquşu” kimi bədii televiziya filmlərinə deyil. Telekanallar bədii televiziya filmlərini dublyaj edib göstərə biləcək. Lakin dublyaj prosesinə daha diqqətlə yanaşılmalıdır. MTRŞ sədrinin sözlərinə görə, may ayının 1-dən ölkədə bütün xarici serialların yayımı
birmənalı şəkildə dayandırılacaq xə telekanallara öz işlərini buna uyğun qurmagı tövsiyyə edib. Xatırladaq ki, xarici serialların dayandırılması məsələsi bu ildən başlamayıb. Ötən ildən bununla bağlı telekanallarla mütəmadi görüşlər keçirilib. “Bir ildən artıqdır ki, məsələ müzakirə olunur. Telekanalların da borcu idi ki, bu işə hazır olsunlar. Bu məsələni uzatmaq onların işlərinə yarayır. Amma telekanallar cəmiyyət qarşısında məsuliyyət daşıyırlar. O məsuliyyətin biri də Azərbaycan tamaşaçılarını Azərbaycanda istehsal olunan filmlərlə təmin etməkdir. Telekanallar işlərini xaricdə istehsal edilən filmləri göstərməklə bitmiş hesab etməli deyillər” – deyə MTRŞ sədri bildirib.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?