Növbəti karantin qaydaları necə olacaq? - Rəsmi

Növbəti karantin qaydaları necə olacaq? - Rəsmi

20 apreldən sonra karantin rejiminin uzadılması qaydalarını hazırlayırıq. Buna ehtiyac olduğunu görürük.

Miq.Az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

"Karantin rejiminin tədricən sonlandırılması növbəti uzadılmadan sonra bilinəcək. Qaydalar növbəti günlər içərisində bütün ictimaiyyətə açıqlanacaq", - o bildirib.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov isə əlavə edib ki, karantin rejiminin bitməsi subyektiv iradədən asılı deyil:

"Hər kəs istəyir ki, iqtisadi aktivlik artsın. Həkimlərimizin fədakarlığı, vaxtında müdaxilə nəticəsində bu sabitləşmə mümkün oldu. Bizə çağırışlar var idi ki, ciddi yanaşmayaq. Biz başqa ölkələrin qarşılaşdığı faciə ilə qarşılaşmırıq.

Biz virusa qalib gəlməmişik. Mübarizə gedir, bu bizi ruhlandırmalıdır ki, bir az da səbir göstərək".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az