O keçi inadını kənara qoyub etiraf edin: İlham Əliyev çox böyük işlər gördü - Məmməd İsmayıldan ilginc açıqlama
"Türk birliyi ilə bağlı bizim gözlədiyimizdən daha artıq işlər görülüb”.
Bakupost.az xəbər verir ki, bunu "Sabir Rüstəmxanlı söhbətləri” verilişində tanınmış şair, AzTV-nin sabiq direktoru Məmməd İsmayıl deyib.
Onun sözlərinə görə, İlham Əliyevin istər bu istiqamətdə gördüyü işlər, istərsə də Qarbağda çaldığı zəfər siyasi mövqeyindən asılı olmayaraq, hər kəs tərəfindən qəbul edilməlidir:
"O keçi inadını kənara qoyub, həqiqəti deməlisən. İlham Əliyev sənin gözləmədiyin elə işlərə imza atdı ki, əlinin arxasını yerə qoyub etiraf eləməlisən. İlham Əliyev bizim gözlədiyimizdən 50 qat artıq iş gördü”.