“Çətin durumda komandanı qoyub qaçmaq mənə yaraşmaz. “İnter”dən, arenanın o qapısından ən axırıncı mən çıxacam”. Vətəninfo.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında “İnter” klubunun qapıçısı Səlahət Ağayev deyib.
Maliyyə böhranı ilə üzləşən “bankirlər”in bütün legionerləri komandanı tərk ediblər.
Yerli futbolçuların əksəriyyəti də artıq özünə yeni klub tapıb. Onlardan fərqli, Səlahət tələsmək istəmir. Digər klublardan təklif almadığını deyən Ağayev “İnter” rəhbərliyinin cavabını gözləyir: “Adımı “Xəzər Lənkəran”la birgə çəkirlər. Ancaq bu klubdan heç kim mənə zəng etməyib. Nəinki “Xəzər Lənkəran”, heç bir klubdan təklif gəlməyib. İndi kimi dindirirsən, deyir ki, Türkiyənin PTT I Liqasından təklif almışam. Yalan deyə bilmərəm, mənə PTT I Liqadan da təklif yoxdu. “İnter”in cavabını gözləyirəm. Birinci öz klubumla danışıq aparacam. “İnter”i atıb, gedə bilmərəm. Əgər komanda dağılmasa, növbəti mövsümdə ortabab klublardan olsa, qalacam. “İnter”dən mənə “get” deməyənə qədər getməyəcəm”.
Ağayev “İnter” rəhbərliyinin onu saxlamaq istəməyəcəyi təqdirdə, iddialı klublardan birinə keçməyə çalışacağını bildirib: “Əgər “İnter” rəhbərliyi qalmağımı istəməsə, onda başqa variantları nəzərdən keçirəcəm. Burdan ayrılacamsa, iddialı kluba keçməyim yaxşı olar. Demirəm ki, Türkiyənin PTT I Liqasına getmərəm. Sadəcə, özünüz də görürsüz ki, bizim uşaqlar son vaxtlar ordan necə narazı qayıdırlar. PTT I Liqada 2-3 komandanın vəziyyəti normaldı. İddialılardan təklif gəlsə, düşünmək olar”.
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ