Obama ailəsinin illik gəliri nə qədərdir?

Obama ailəsinin illik gəliri nə qədərdir?
ABŞ Prezidenti Barak Obama və xanımı Mişel Obamanın 2015-ci ildəki gəlirləri açıqlanıb.
 
Miq.az xəbər verir ki, Ağ Evin yaydığı məlumata görə, ailənin ötən il gəlirləri 436 min dollar olub və bu məbləğdən 81 min dolları vergiyə ödənib.
 
Bundan əlavə, Obama ailəsi ötən il müxtəlif təşkilatlara 64 min dollar yardım edib. Ən böyük yardım isə 9 min dollar həcmində "Balıqçı evi” vəqfinə edilib.
 
Vergi bəyannaməsində Obamanın illik maaşının 394 min dollar olduğu əksini tapıb.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az