Çocuq Mərcanlı kəndi minalardan təmizlənəcək

Çocuq Mərcanlı kəndi minalardan təmizlənəcək
Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən işğaldan azad olunmuş Cəbrayıl rayonu Çocuq Mərcanlı kəndi ərazisində bərpadan öncə minalardan təmizlənmə işlərinin həyata keçirilməsi planlaşdırılır

Miq.az xəbər verir ki, bu barədə Trend-ə Agentliyin əməliyyatlar üzrə baş mütəxəsisi Adil Aslanov deyib.

A.Aslanov bildirib ki, həmin ərazi işğal altında olmuş ərazidir və o ərazilərdə çoxlu sayda döyüş sursatlarının və minaların olması ehtimalı var:

"Bununla bağlı ANAMA tərəfindən həmin ərazilərdə təmizləmə işlərinin aparılması planlaşdırılır. İlkin olaraq planlaşdırma işləri aparmaq, kəşfiyyat işləri həyata keçirmək nəzərdə tutulur. Həmin ərazinin 3 milyon kvadrat metr olacağı qənaətindəyik. Mən bu işlərlə bağlı növbəti həftə həmin əraziyə səfər edəcəyəm".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az