Ohanyanın atası azərbaycanlı olub?
Ermənistan rəhbərliyində taleyi Azərbaycanla bağlı bir çox sima
var. Onlar arasında əsas diqqət çəkən şəxslərdən biri hazırki müdafiə
naziri Seyran Ohanyandır.
Vətəninfo.az Avropa.info-ya istinadla xəbər
verir ki, o, torpaqlarımızın işğalında aktiv iştirak edib. Halbuki,
Ohanyanın həyatının Azərbaycanla bağlı hissəsi var.
Seyran
Ohanyan 1962-ci il iyulun 1-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar
Vilayətinin Şuşa şəhərində anadan olub. Onun valideynləri azərbaycanlı
Surxay Mədətov və erməni Aida Ohanyan elə Şuşadakı təhsil
müəssiələrindən birində tanış olublar.
1961-ci
ildə onlar ailə həyatı qurublar. 1969-cu ildə Seyranın atası Surxay
anası Aidanın pozğunluğuna görə Şuşa bazarında üzünə kislota atıb.
Lakin o, ölməyib, müalicə alıb sağalıb. Bu hadisəyə görə atası həbs
edilib, 3 il cinayət məsuliyyətinə cəlb olunub. O, həbsxanadan çıxandan
sonra vərəm xəstəliyindən dünyasını dəyişib.
Seyran
Ohanyanın bacısı İrina Şuşada doğulub. Məlum hadisələrə qədər Bakıda
yaşayıb, sonradan isə Moskvaya köçüb. Yayılan xəbərlərə görə, məşhur
"qədim peşə”ni yaşadanlardan biridir.
Seyran
Ohanyan 1969 – 1979- cu illərdə Şuşada Nəcəf bəy Vəzirov adına 2 saylı
rus məktəbində təhsil alıb. 1979-cu ildə isə 10 illik təhsilinə yekun
vuraraq Bakı Ali Hərbi Ümumqoşun məktəbinə qəbul olub.
Ohanyan
məhz Bakıda hərbi təhsil aldığı illərdə ailə həyatı qurub. O, ixtisaca
stamotolq olan Ruzanna Xaçatryanla evlənib. 1985-ci il sentyabrın 13-də
ailənin ilk oğlu Artur, 1987-ci il yanvarın 28-də isə ikinci oğlu Qarik
dünyaya gəlib. 2003 və 2006-cı illərdə Seyran Ohanyanın Muşeq və Laura
adında daha iki övladı da doğulub.
Xidmət
illərinə Almaniyada SSRİ birliklərində başlayan Ohanyan, sonra Gəncədə
dislokasiya olunmuş 23-cü diviziyada hərbi xidmətdə olub. Lakin qısa
müddət sonra Dağlıq Qarabağın inzibati mərkəzi sayılan Xankəndindəki
366-clı motoatıcı alayda bölük komandiri təyinatı alıb. 1992-ci il
fevralın 25-dən 26-na keçən gecə erməni separatçılarının Xocalıya hücumu
zamanı Seyran Ohanyan 366-cı motoatıcı alayın tərkibində bu qətliamın
istirakçılarından olub. Hərbi əməliyyatlarda ayağını itirən Ohanyan heç
də parlaq hərbçi olmayıb. O, Serj Sarkisyanla olan yaxın dostluğu
sayəsində, Sarkisyan prezident olandan sonra Silahlı Qüvvələrin baş
qərargah rəsi, sonra isə müdafiə naziri postuna gətirilib.
Seyran
Ohanyanın həyat yoldaşı Ruzanna Xaçatryan Ermənistan Hərbi Həkimlər
Birliyinin sədri olub. Erməni mətbuatında onun adı bir neçə qalmaqal ilə
gündəmə gəlib. Prezident Serj Sarkisyanın həyat yoldaşı Rita
Sarkisyanla münasibətlərdə bir-birilərinə atmacalı sözlərlə "birinci
xanım” statusuna sahib olmaq və cəmiyyətdə belə qəbul olunmaq istəyi
uğrunda mübarizə hətta, S. Sarkisyanla S. Ohanyanın münasibətlərinə də
kölgə salıb. Bundan başqa mətbuata adı gizli saxlanılan bir şəxslə
avtomobil səyahətinə çıxması və qəza törətməsi, lakin qəzanın başqa
adamın üzərinə atılması ilə cinayətdən yayındırılması və s. zaman-zaman
mətbuatın gündəmində olub.
Qeyd edək ki,
Ermənistanda hakimiyyət kürsüsü uğrunda mübarizənin bir qolu kimi Seyran
Ohanyan da maraqlı tərəfdi. Bir tərəfdən Serj Sarkisyan parlament
respublikası idarəetmə sisteminə heçməklə ölkəyə rəhbərliyi davam
etdirməyi hədəfləyib. Digər tərəfdən Robert Köcaryan ona müxalif mövqeyə
keçərək hakimiyyətə gəlməyə çalışır. Başqa bir tərəfdən isə S.
Sarkisyannın birinci planın alınmayacağı təqdirdə ya Seyran Ohanyanı, ya
da Bako Sahakyanı prezident postuna gətirərək özünün mövcud vəziyyətini
qaranti altına almaq planı. Əlbətdəki bu planların hər birinin
arxasında bir və ya bir neçə dövlətin maraqları və əməyi dayanır.
Yaxın müddətdə Ermənistanda baş verəcək qarşıqlıq fonunda hansı planın həyata keçeçəyinin şahidi olacağıq