Ölkə mətbuatında Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə bağlı demək olar ki, hər gün bu və ya digər şəkildə xəbərlər yer almaqdadır. Məlum Lamiyə Quliyeva olayında xidmətin əsil “xidmət”i bəlli olduqdan sonra isə redaksiyalara Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə bağlı iddialar dolu məlumatlar daha da artmağa başlayıb.
Elə Vətəninfo.az-ın redaksiyasına Bakı şhəri Nizami rayon Q.Qarayev 1,2517/2518 məhəllə-mənzil 71-də yaşayan Mirzəliyeva Lida Piralı qızı tərəfindən göndərilən müracəti də elə istiqamətdədir. Daha doğrusu oğlu həbsxanada aclıq edən ananın fəryadı kimi də görmək olar bu müraciəti. Bizdə redaksiya olaraq ananın fəryadını Ədliyyə Nazirliyinin Penitensiar xidmətin rəisi Mədət Quliyev eşitsin deyə yayımlamaq qərarına gəldik.
“Məlumat üçün bildirirəm ki, oğlum Paşayev Elşən Heydər oğlu 10.03.2005-ci ildən qanunsuz və əsassız olaraq, sifarişlə AR CM-nin 120.1, 29,120.2.7-ci maddələri ilə təqsirləndirilərək 12 il həbs cəzasına məhkum edirib. Ötən illər ərzində 100-lərlə ərizə və şikayətlərlə oğlumun təqsirsizliyin sübut etməyə çalışsaqda,hər dəfə heç nə əldə edə bilməmişik, əksinə şikayətlərimizə görə oğlum həbsxanada işgəncələrə, təzyiqlərə və təxribatlara məruz qalıb, incidilib. Eyni zamanda həbsxana daxilində baş alıb gedən rüşvətxorluq, qanunsuzluq, qanuna itaətsizlik də bizə və xüsusilə oğluma ağır bir işgəncəyə çevrilib. Oğluma qanunsuz qadağalar qoyulub, oğlum davamlı olaraq gərginlik, psixoloji, fiziki təzyiq altında girov saxlanılıb. 10 il müddətdə oğlumun həbsxanadan müraciətlərinə tamamilə qadağa qoyulub, onun 1 dənə belə müraciətinin aidiyyatı ünvanlara göndərilməsinə imkan verilməyib.Ağır olan maddi vəziyyətimiz daha da ağırlaşıb, namusumuzdan və ləyaqətimizdən başqa satıla biləcək nəyimiz varsa hər şeyimizi satıb, oğlumun və ailəmizin ən vacib xərclərimizi ödəmişik. Gənc yaşlarında aldığı ağır zərbə, böyük miqyaslı ədalətsizlik oğlumun həyata, gələcəyə inamını sarsıltmayıb. Hər hansı iyrənc həbsxana vərdişlərinə yiyələnmədən, böyük səbr və ümidlə rütbəli cinayətkarlarınzəif çiyinlərinə zorla yüklədiyi ağır yükdən azad olacağı günü gözləyib. Mən isə bu 10 ili AR Prezident aparatının, Respublika Prokurorluğunun, Milli Məclisin, Ədliyyə nazirliyinin qəbul otaqlarında və poçt şöbələrində məktub, teleqram göndərməklə keçirmişəm. Təhqirlərə, fiziki zorakılıqlara məruz qalmışam.Umudimiz yalnız AR Cəzaların İcrası Məcəlləcinin tələblərinə uyğun olaraq oğlumun ona zorla yüklənmış cəzanın 3/2 hissəsini çəkdikdən sonra cəza növünün dəyişdirilməsinə qalıb. Eyni zamanda şikayətlərimizlə əlaqədar qəbulunda olduğum, telefon danışıqlarımız olan rəhbər işçilər də mənə yalnız bu yolla oğlumu xilas edə biləcəyimi, heç vaxt oğluma bəraət verilməyəcəyini mənə dəfələrlə demişdilər.
Aylarla məni AR Baş Prokurorunun Vüqar və Günay adlı köməkçiləri və AR Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət Müfəttişliyinin rəisi Malik Ələkbərov
yalan ümidlərlə aldadıblar. Oğlum da deyilən müddəti gözlədikdən sonra CÇM vasitəsilə cəza növünün dəyişdirilməsi barədə Nizami r-n Məhkəməsinə fasilələrlə
6 (altı) dəfə müraciət edib. Hər dəfə də müraciətini geri götürməyə məcbur edilib. Belə ki, Qanunvericiliyin tələblərinə uyğun olaraq CÇM-nin verdiyi
xasiyyətnamə məhbusun işinə əlavə edilərək məhkəməyə təqdim ediril. Bu xasiyyətnamə işə çıxan hakim və dövlət ittihamçısının bəhanəsinə, CÇM-nin isə “gəlir mənbəyinə” çevrilir. “Xeyir-duası alınmayan” xasiyyətnamə mənim oğlum kimi kasıb, köməksiz məhbusların cəzanın axırına qədər dəmir barmaqlıqlar arasında zülm çəkməyinə səbəb olur. Bu yazılmamış qanun PX-nin rəhbərliyi tərəfindən də xüsusi qayğı ilə himayə olunur. Heç kəs bu iyrənc məhbus alverinin açılmasında maraqlı deyil. Məcburiyyətdə dəfələrlə müraciətlər etmişik. Bütün müraciətlərimiz Ədliyyə Nazirliyinə, oradan isə Penitensiar Xidmətə yönəldilir. PX-də guya bu şikayətlər Daxili təhqiqatlar İdarəsində araşdırılır və həmişə eyni saxta şablon
cavabları alırıq ki, “ yazdıqlarınız sübuta yetmədi”.
Hətta mən PX-nin Daxili Təhqiqatlar İdarəsinin rəisi Elşən Həsənovla telefon əlaqəsi saxlayaraq onların 1 saylı CÇM-də baş verənlərə laqeyid, ədalətsiz, qeyri-obyektiv münasibətinə öz etirazımı bildiriərkən, E.Həsənov mənə oğlumu diri deyil, meyitini verəcəklərini demişdi. O vaxt buna o qədər də əhəmiyyət verməmişdim. Fikirləşmişdim ki, əsəbləşib, deyib. Son günlərin hadisələri, qarşısı alınmayan qanunsuzluqlar məndə qəti əminlik yaratdı ki, bu belə deyil. Elşən Həsənov həqiqəti və bizi gözləyən faciələri xəbər verib.Oğlum Paşayev Elşən Heydər o. 02.03.2015-ci ildə növbəti məhkəmə prosesi zamanı PX-nin rəhbərliyinin tapşırığı ilə CÇM-nin məhkəməyə təqdim etdiyi saxta xasiyyətnaməyə öz yazılı etirazını bildiridikdən, ümumiyyətlə məhkəmə ərəfəsində CÇM-nin rəisi Rövşən Niyazov və onun yaxın ətrafı tərəfindən səbəbsiz və əsassız olaraq sıxışdırıldığına, təzyiqlərə məruz qaldığından ağzını tikərək müddətsiz aclıq aksiyasına başlaması barədə ərizə ilə müraciət etsədə R.Niyazov ərizənin qeydiyyatdan keçirilməyinə icazə verməyib. Oğlumun ədalətsizliyə, rüşvətxorluğa etiraz olaraq həyata keçirdiyi aclıq aksiyası PX-nin rəisi Mədət Quliyevin tapşırığı ilə R.Niyazov tərəfindən “daxili intizam qaydalarının pozulması” adı altında oğluma 15 sutka kars cəzası ilə nəticələnib, 15 sutka bitdirdən sonra bir daha 15 sutka kars cəzası yenidən oğluma tətbiq edilib. Elə həmin gün 3-cü cəza oğluma Mədət Quliyev və Malik Ələkbərovun sifarışı ilə Nizami rayon Məhkəməsinin hakimi Ramil Həsənovun köməyi ilə 2 il qapalı həbsxana cəzası təyin etdirilib. 02.03.2015-ci ildən oğlum haqqında hər hansı məlumata malik deyilik. Oğlum uzun müddət aclıq aksiyası həyata keçirdiyindən onun səhhəti ağırdır. Oğlum bizdən gizlədilir. CÇM-nin rəisi Rövşən Niyazov mənə Mədət Quliyevin Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Ədliyyə nazirinin müavini, general olduğunu, Malik Ələkbərovun vəzifəsini, rütbəsini, ona verilən Şöhrət ordenini və bu adların, titulların kim tərəfindən verildiyini xatırladıb heç nə qazanmayacağımı, əksinə itirdiklərimin daha çox olacağını “başa saldı”. Hətta oğlum öldürülsə belə heç nəyi sübut edə bilməyəciyimi “cinayətkarın” ölümünə görə Milli Qəhramana heç nə etməyəcəklər” – dedi. Mənim şikayətlərim qanunun tələblərinin əksinə olaraq araşdırılmaq adı altında şikayət etdiyim rütbəli və ədalətsiz, zorakı məmurların özlərinə və tabeçiliyində olan əməkdaşlara göndərildiyindən Mədət Quliyev və Malik Ələkbərovun ünvanına qeyd etdiyim tənqidi fikirlərindən, PX-də toxunduğumuz irimiqyası qanun pozuntuları, qanunsuzluqlarından hiddətlən iki nəhəng, güzlü və ədalətsiz dövlət məruru oğlumu gözlərimin qarşısında məhv edir. Mənim oğlum sifarişli girovdur. Belə davam edərsə oğlum R.Niyazovun dediyi kimi öldürüləcək və ya cəzası artırılaraq həbsdə saxlanılacaq. Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq mənə və Mədət Quliyev, Malik Ələkbərovun təyziqləri altında məhv olan oğluma kömək etməyinizi xahiş edirəm.Mirzəliyeva L.P. “ 29 ” mart 2015-ci il”.
Redkasiya: Həbsdə olan Elşan Paşayevin bacısının açıqlamarın isə təqdim edəcəyik. Bizi izləyin.
Vətəninfo.az