“Onu komandada saxlamağı düşünmürəm”
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Danilo Diası transferə çıxardıqları xəbərini təsdiqləyib.
Vətəninfo.az Qol.Az-a istinadla xəbər verir ki, bu barədə o, "Futbol+" qəzetinə müsahibəsində deyib:
"Soruşa bilərsiz ki, bu, legioner sayına
görədisə, Avroliqada ondan istifadə edə bilərdiz. Ancaq çalışdıq ki,
gələn il çempionatda hansı heyətlə çıxış edəcəyiksə, həmin futbolçularla
təlim-məşq toplanışı keçək. Bu heyətdə Danilo Diasa yer yoxdur".
Q.Qurbanovun sözlərinə görə, D.Dias transferə çıxarıldığı üçün onun ikinci komandada məşq etməsinə qərar verilib:
"Gələcəkdə necə olacağını görəcəyik. Bu haqda futbolçu özü də qərar verməlidir".
Təcrübəli mütəxəssis bildirib ki, D.Dias özünü yaxşı tərəfdən göstərsə belə, onun əsas komandaya qayıtması mümkünsüzdür:
"Açığı, Diası saxlamaq barədə düşünmürəm. Çünki
onun mövqeyinə oyunçu transfer etmişik. Bildiyiniz kimi, Elvin Məmmədovu
heyətə qatdıq. Əsasən həmin mövqedə yerlilərə üstünlük verdik ki,
çempionatda limitlə bağlı hansısa problem çıxmasın. Bir sözlə, Danilonu
əsas heyətə qaytarmağı düşünmürəm”.