Oqtay Şirəliyevin qızı nazir vəzifəsindən azad olundu - FOTOLAR

Oqtay Şirəliyevin qızı nazir vəzifəsindən azad olundu - FOTOLAR

Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Moskva vilayətinin Mədəniyyət naziri vəzifəsindən azad olunub. 

Miq.Az Unikal.org-a istinadən məlumat verir ki, Nərmin Şirəliyeva yenidən Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postuna təyin edilib. 

 
Moskva vilayətinin Mədəniyyət naziri vəzifəsinə isə Xarlamova Elena Mixayılovna təyinat alıb.

 
Qeyd edək ki, o, 2013-cü ilin fevralından Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postunu tutub. 2018-ci ilin sentyabrında Moskva vilayətinin Mədəniyyət naziri təyin edilib.

 

            
Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az