“Ölümün səbəblərindən asılı olmayaraq, hətta əsgər durduğu yerdə vəfat edirsə belə, hər bir fakt üzrə cinayət işi açılır. Səbəblər ciddi şəkildə araşdırılır, hər bir fakt üzrə qanuni tədbirlər görülür”.
“Vətəninfo.az” xəbər verir ki, bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev jurnalistlərə açıqlamasında deyib:
“Sadəcə olaraq, biz hər bir fakt barədə ictimaiyyətə məlumat vermirik, buna heç ehtiyac da görmürük”.
Orduda “dedovşina” faktlarının olması barədə suala cavabında X. Vəliyev təəssüflə qeyd edib ki, bəzən belə faktlar ortaya çıxır: “Bunun səbəbi bəzi hallarda gərgin psixoloji vəziyyətlə əlaqədar olur, bəzən isə heç nədən, bir kəlmə söz üstündə müəyyən hadisə baş verir”.
Hərbi prokuror deyib ki, hərbi kontingentdə baş verən cinayətlərin sayının artması barədə yayılan məlumatların heç bir əsası yoxdur: “İldən ilə hərbi kontingentdə törədilən cinayətlərin sayı azalır. Məsələn, bu ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 10 faizdən artıq azalıb”.
Apa
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.