Ordumuz erməniləri belə qorxuya salmışdı - YENİ aprel VİDEOsu

Ordumuz erməniləri belə qorxuya salmışdı - YENİ aprel VİDEOsu

Aprel döyüşləri zamanı Azərbaycan ordusunun Ermənistana vurduğu zərbə hələ də onların yaddaşından silinməyib. Ermənistan hakimiyyəti nə qədər çalışsa da,  yerli əhalinin yaddaşından həmin məğlubiyyəti silə bilmir.

Miq.Az xəbər verir ki, zaman keçdikcə Ermənistan öz məğlubiyyətini faktlarla etiraf etməyə məcbur olur.

Ermənistan və Azərbaycan ordularının döyüş toqquşmasının əsas mərkəzlərindən biri olmuş Ağdərə rayonunun Madagiz qəsəbəsindən aprel döyüşlərindən sonra çəkilən kadrlar düşmənə işğal etdikləri torpaqların onlara məxsus olmadığını və yad torpaqları tərk etməli olduqlarını bir daha göstərir. Kadrlarda aşmış avtomobillər, dağılmış evlər görünür. 

2016-cı il aprel ayının 2-də Silahlı Qüvvələrimizin Ermənistan ordusunun günlərlə davam edən təxribatına qarşı həyata keçirdiyi hərbi əməliyyatlar işğal altından olan ərazilərimizin bəzi hissələri azad edilib.

Həmin vaxtdan etibarən işğal olunmuş torpaqlarda məskunlaşdırılan ermənilər qorxu içərisində yaşayırlar. Yerli əhali döyüşlər zamanı tərk etdikləri kəndlərə qayıtmağa qorxurlar./missiya.az/

Missiya.Az Ermənistanın «shamshyan.com» saytına istinadən Madagiz qəsəbəsindən çəkilən görüntüləri təqdim edir:
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az