Ordumuzda qətllərin sayı kəskin artıb - Aleksanyan

Ordumuzda qətllərin sayı kəskin artıb - Aleksanyan

2016-cı ildə Ermənistan silahlı qüvvələrində qətllər, intiharlar və başqa hadisələr səbəbindən ölüm halları əvvəlki illərə nisbətən artıb.

Virtualaz.org bildirir ki, bunu "Jurnalistlər insan hüquqları naminə" ictimai təşkilatının sədri Janna Aleksanyan deyib. O həmçinin qeyd edib ki, bu onlar üçün gözlənilməz olub.

"Mən həmişə hesab edirdim ki, sərhəddə vəziyyət nə qədər gərgindirsə, hərbi hissələrdə də bir o qədər diqqətli və səfərbər olurlar. Ancaq əksi oldu", - deyə Aleksanyan bildirib.

Erməni insan hüquqları müdafiəçisinin sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi bütün xalqın əsgərlərin həyatı ilə yaşadığı keçən ilki aprel eskalasiyası günlərində cəmiyyətin məlumatlandırılması işinin öhdəsindən də gələ bilməyib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az