Ordumuzun "hərəkətə keçməsi" barədə rəsmi açıqlama

Ordumuzun
"Ermənistan mətbuatının iyulun 14-də axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin hərəkətə keçmək cəhdi barədə yaydığı məlumat təxribatdır və düşmən tərəfinin vəziyyəti gərginləşdirməyə hesablanmış növbəti addımıdır".

Bu fikirləri Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-in sorğusunu cavablandırarkən bildiriblər. "Təəssüf doğuran odur ki, erməni tərəfi öz təxribatlarını ört-basdır etmək və yaydığı məlumatların təsir gücünü artırmaq məqsədilə Azərbaycan elektron informasiya vasitələrinin, konkret olaraq isə haqqın.az saytının qeyri-dəqiq və anonim mənbəyə istinadən verdiyi xəbərdən uğurla istifadə edib" - deyə əlavə olunub.

Müdafiə Nazirliyi hərbi mövzuda, xüsusilə cəbhə xəttində baş verən hadisələrlə bağlı istənilən məlumatı yaymazdan əvvəl həmin xəbəri mütləq mənada nazirlik ilə dəqiqləşdirməli və dövlətin təhlükəsizlik maraqlarına xələl gətirməməsinin vacib olduğunu qeyd edir.


Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az