
Məlum olduğu kimi, ABŞ-ın Azərbaycana silah satışı qadağan edilib. Buna səbəb isə 1990-cı illərdə qəbul edilən 907-ci düzəliş, həmçinin ABŞ qanunvericiliyinə görə, münaqişə edən tərfələrə silah ixrac etməməsidir. Azərbaycanla yanaşı Ermənistan da bu qadağanın altına düşür. Məhz Sarkisyan da ABŞ-ın 25 il əvvəl qəbul etdiyi 907-ci düzəlişi xatırladır.
Erməni politoloqu Azərbaycanın bu helikopterləri üçüncü ölkələr vasitəsilə əldə etdiyini istisna etmir. Onun sözlərinə görə, erməni tərəfi Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Şurası, Xarici İşlər Nazirliyi, həmçinin ABŞ-dakı lobbi strukturlarının köməyilə məsələnin aydınlaşdırılması məqsədi ilə ölçülər paketini hazırlamalıdır.

Sarkisyan qeyd edir ki, Azərbaycan ordusunun silahlanmasında Amerika istehsalı olan hərbi texnikanın başqa növlərinin olub-olmadığı məlum deyil. Eyni zamanda, ekspert qeyd edib ki, Bell-412 helikopterləri təxminən 30 ölkənin silahlanmasında yer alır. O qeyd edir ki, Azərbaycana belə helikopterləri ənənəvi müttəfiqləri Səudiyyə Ərəbistanı, Pakistanı və ya Türkiyə sata bilər. Daha bir müttəfiq – İsrailin silahlanmasında isə bu helikopterlərin olmadığı bildirilir.