Vətəninfo.az xəbər verir ki, ən fərqli qida jurnalı “Formaggio” 1 yaşına qədəm qoydu. Bu səbəbdən də, oxucuların görüşünə daha əlidolu gəldi. Jurnalın yeni sayını əldə edənlər eyni zamanda iki fərqli hədiyyənin sahibi olacaqlar. Bununla da “Formaggio” qida sahəsində nəşr olunan jurnallar arasında ilkə imza atdı. Jurnalın baş redaktoru Zakirə Zakirqızının verdiyi məlumata görə, dərginin içərisindəki buklet evlənməyə hazırlaşan cütlüklər üçün əsl hədiyyədir. Digər hədiyyə isə, məşhur aşpazların ustad dərslərindən ibarət video-çarxların yer aldığı dvd diskdir.
Restoran menyusunu evinizə gətirən jurnalda yerli və xarici mətbəxlərdən olan 40-dan çox resept yer alıb. Jurnalda xüsusi yay menyusu da var ki, bu da sağlam qidalanmaq istəyənlər üçün nəzərdə tutulub. Əgər ənənəvi menyudan bezib, damaq zövqünüzü dəyişmək istəyirsinizsə bu yolda “Formaggio” ən doğru seçimdir. Jurnal bu dəfə sizə Fransa mətbəxinin ən fərqli reseptlərini təqdim edir. Amma dünyaya nə qədər dadlı səyahət etsək belə, Vətən dadı ən ləzzətlisidir.
Qarabağın quqqu dolması, boyana plovu... Bunların nə olduğunu bilirsinizmi? Cavabı “Bakılı oğlan” Tahir İmanovdan gələcək. “Formaggio” bu sayında da ənənəsinə sadiqdir. Sağlam qidalanma tərəfdarı olanlar məşhur diyetoloq məsləhətindən faydalanıb, artıq çəkilərindən azad ola bilərlər. Əsl qurmanların stolüstü dərgisi olan “Formaggio” həm mətbəx köməkçiniz, həm həkiminiz, həm də ləzzət dünyanızdır!
Vətəninfo.az
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto