Pakistan yeganə dövlətdir ki...
"Pakistanın Qarabağ məsələsində göstərdiyi cəsarəti Türkiyə belə göstərməyib”
"Pakistan yeganə dövlətdir ki, Qarabağ məsələsində Azərbaycana hər cür dəstək verməyə, eləcə də canlı qüvvə ilə yardım göstərməyə hazır olduğunu bildirib. Hansı ki, belə bir cəsarəti Türkiyə belə sərgiləməyib”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Politoloqun sözlərinə görə, bu mənada Pakistanla əlaqələrin inkişafı, münasibətlərin daha da yaxşılaşması müstəsna əhəmiyyətə malikdir: :
"Pakistan dünyada ordu quruculu və silah istehsalı baxımından öndə olan dövlətlərdəndir. Pakistan Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlətdir və Azərbaycana hər zaman dəstək verib. Bu mənada Azərbaycana hər cür dəstək verən Pakistanla münasibətlərin daha da inkişafı ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Rəsmi Bakının Pakistanla münasibətləri yeni mərhələyə qaldırmaq istiqamətində atdığı addımlar bu həqiqətin Azərbaycan tərəfindən kifayət qədər aydın dərk edildiyini göstərir Pakistanla əlaqələrin inkişafı ölkəmizin maraqlarına tam cavab verir”.
Miq.az